Site icon Aznews TV

Traktor qiymətlərində artım olub

Vasitəçilərin fəaliyyət göstərməsi traktorların karxana qiymətindən baha satılmasına yol açıb. Zəngan Əkinçilik Cihadı Sazimanının rəisi bildirib ki, bu ilin ilk 6 ayında traktorun alınması üçün 80 milyard tümən vam ayrılıb. Ötən il isə bu sahəyə verilən vamın miqdarı 50-60 milyard tümən olub. Cavad Tarasinin sözlərinə görə, ani bahalaşmanın səbəbi ustan üzrə ayrılan traktorun sürətlə alınmasıdır. Məlumata görə, ilin ilk 3 ayında bir illik traktor alınıb. Bu durum traktor fabrikasının da yükünü artırıb. Tarasi bildirib ki, Zəngan ustanına 433 traktorun verilməsi nəzərdə tutulub. Ancaq ilin ilk 6 ayında hamısı alınıb. Hazırda bazarda karxana qiyməti 167 milyon tümən olan traktor 200, 180 milyon tümən olan model isə 320 milyon tümənə satılır.
Exit mobile version