İdmanİran

 “Traktor”çular yenidən irqçiliyə qarşı kampaniyaya başlayacaqlar

“Traktor” klubunun tərafdarları “Perspolis”in  türklərə qarşı etdiyi irqçiliyə qarşı daha bir kampaniya başladacaqlar.

Mətbuatda yayılan paylaşımlara görə, “Traktor” tərəfdarları bu axşam, Təbriz vaxtı ilə saat 20-22 aralarında İnstaqram və Tvitterdə kampaniyaya start verəcəklər. Kapaniyaya qatılanlar #World_Hear_Our_Voice (Dünya səsimizi eşit) həştəglərini paylaşaraq, FİFA-nın ictimai şəbəkə hesablarının adreslərini də etiketliyəcəklər.

Xatırladaq ki, Tehranda “Traktor”-“Perspolis” oyununda on minlərlə “Perspolis” tərəfdarı türklərə qarşı irqçilik şüarları səsləndirərək təhqirlər yağdırıblar. Hadisə İran televiziyasında yayımlandıqdan sonra FİFA-ya müraciət kampaniyası başladılıb.  Bu kampaniyada 18 mindən çox tvit paylaşılıb. 35 mindən çox isə İnstagramda istifadəçi qatılıb.

Lakin FİFA-nın məsul şəxsləri məsələyə səssiz qalmaqdadır. Fars mətbuatı yaşananları bütünlüklə baykot edib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close