Site icon Aznews TV

Tramp Husilər və onları himayə edən İrana ciddi xəbərdarlıq etdi

Donald Tramp bir daha xəbərdarlıq edib ki, “Ənsarullah” (husilər) hərəkatının hücumları dayanmasa, Vaşinqton İran tərəfindən dəstəklənən husilərin mövqelərinə hücumları davam etdirəcək.

Tramp özünün “Truth Social” sosial şəbəkəsində bununla bağlı yazıb: “Həm husilər, həm də onların İrandakı dəstəkçiləri üçün əsl ağrı hələ qarşıdadır. Husilərin seçimi aydındır, Amerika gəmilərinə atəş açmağı dayandırsanız, biz də hücumu dayandıracağıq”.

Exit mobile version