Dünyaİran

Tramp İran gəmilərini vurmaq tapşırığını niyə verdi?

ABŞ Prezidentinin İran gəmilərini məhv etmək tapşırığını verməsi gözlənilən addım idi.

Bunu ABŞ polittexnoloqu Ceyson Smart müsahibəsində deyib.

“ABŞ-da altı ay sonra prezident seçkisi keçiriləcək. Buna görə də Trampın güclü lider olması siyasi planda Amerikanın daxili auditoriyası üçün açar rolunu oynayır”, – deyə o bildirib.

Smart iki ölkə arasında müharibənin reallaşmasına inanmadığını deyib:

“Tammiqyaslı müharibə yalnız iranlıların Amerika gəmilərini təqibə cəhd etdikləri zaman mümkündür. Bunu etmək isə onlar tərəfindən axmaqlıq olardı. Unutmayın ki, hazırda Ramazan başlayır, İranda koronavirusla bağlı situasiya gərgin olaraq qalmaqda davam edir. Bunun üçün də yaxın zamanlarda ciddi toqquşmanın olacağına inanmıram”.

Related Articles

Bir cavab yazın

Back to top button