DünyaİranSiyasət

Tramp: İran məsələsi ilə bağlı tələsmirik

Aznews.tv “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, ABŞ prezidenti 28 iyun, cümə günü G20 zirvəsi çərçivəsində Hindistanın Baş naziri ilə görüşdə İranla gərginliyin aradan qaldırılması ilə bağlı tələsmədiklərini bildirib.

Narendra Mudi ilə apardığı danışıqların əsas istiqamətləri barəsində jurnalistlərə açıqlama verən Donald Tramp İrana mesajınız nədir sualına cavab olaraq bildirib: “Son üç gündə dəfələrlə təkrarladığım bir mesaj. Biz tələsmirik və və onlar tələsmədən qərar verə bilərlər. Vaxtla bağlı əsla təzyiq yoxdur”.

Düşünürəm və ümid edirəm ki, (bu yanaşma) son nəticədə səmərəli olsun ki, əla olacaq, əks halda nəticədəən xəbərdar olacaqsınız.

Görüşdə Narendra Mudi də İran məsələsinin Donald Trampla apardığı danışıqların əsas istiqamətlərindən biri olduğunu bildirib.

Donald Tramp və ABŞ rəsmiləri İran İslam Respublikasına qarşı “maksimum təzyiqli kampaniya”sının əsas məqsədinin bu ölkəni danışıqlar aparmağa və yeni bir razılıq əldə etməyə vadar etməkdir. ABŞ-ın hazırki höküməti hesab edir ki, Barak Obamanın prezidentliyi dövründə İranla əldə olunan nüvə sazişi daimi razılaşma olmadığı üçün zəif sazişdir və İran hökümətinin raket proqramı və regional davranışı kimi qeyri-nüvə məsələlərini əhatə etmir.

 

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button