Dünyaİran

Tramp İranla bağlı “Milli fövqəladi vəziyyəti” daha bir il uzatdı

ABŞ prezidenti Donald Tramp yenidən fərman imzalayaraq İrana qarşı “Milli fövqəladə vəziyyəti” bir il uzadıb.

Aznews.tv xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat yayılıb.

Fərmanda Vaşinqtonla Bakının əlaqələrinin hələlik adiləşmədiyi, İranla 19 yanvar 1981-ci il tarixli razılaşmaların icrası prosesinin davam etdiyi deyilir.

Tramp İranla bağlı 12170 nömrəli fərman ilə milli fövqəladə vəziyyətin davam etdirilməsini zəruri hesab etdiyini vurğulayıb.

Noyabrın 12-i uzadılan fərman sabahdan (14 noyabr) etibarən yenidən icra ediləcək.

Qeyd edək ki, bu vəziyyətin vaxtının uzadılması ABŞ-ın keçmiş prezidenti Cimi Karter dövründə 12170 nömrəli fərmanın verildiyi dövrdən indiyədək olan siyasətin davam etdirilməsi deməkdir.

Related Articles

Bir cavab yazın

Back to top button