Dünyaİran

Tramp iranlı etirazçıların ABŞ bayrağını tapdamaqdan imtina etməsini alqışlayır

Möhtəşəm iranlı etirazçılar əzəmətli ABŞ bayrağının üstünə çıxmaqdan və ya hər hansı bir şəkildə ona hörmətsizlik etməkdən imtina ediblər.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.

“Bu bayrağı küçəyə qoymuşdular ki, onu tapdasınlar; ancaq bunun yerinə onlar bayraqdan yan keçib (onu tapdamayıblar). Bu, böyük tərəqqidir!”

Sosial şəbəkədə yayılan videoda tələbələrin ABŞ bayrağını tapdamaqdan imtina etməklə yanaşı, həm də bəsicilərin bunu etməsinə də etiraz etdikləri əks olunub.

Qeyd edək ki, 11-13 yanvar tarixlərində İranın müxtəlif şəhərlərində insanlar İran hakimiyyətinə qarşı etirazlar keçiriblər. ABŞ hökuməti etirazların ən erkən saatlarından başlayaraq demokratiya istəyən İran xalqı ilə həmfikir olduğunu bildirib.

İran rejimi 176 sərnişinin olduğu Ukrayna təyyarəsinin SEPAH tərəfindən vurulmasını üç günlük gecikmə ilə etiraf etdikdən sonra, qəzəbli insanlar Tehran və başqa şəhərlərdə küçələrə çıxıblar.

Onlar Əli Xamenei SEPAH və bəsiciləri sərt şəkildə tənqid edərək, rəhbərin istefasını istəyiblər.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close