Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

Amerika Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib

“ANT”Report-a istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə keçirilən iclasda bildirib.

“Senatorlar çox sərt sanksiyalardan keçirlər. Mən bunu nəzərdən keçirirəm”, – deyə Tramp Konqresin qanun layihəsini qəbul etməsini istəyib-istəməməsi və onu imzalamağa razı olub-olmayacağı ilə bağlı suala cavab verib. “Bu, mümkün qanun layihəsidir. Bu, tamamilə mənim ixtiyarımdadır. Mən buna çox ciddi baxıram”, – o əlavə edib.

Jurnalistin Vaşinqton administrasiyasının Rusiyaya qarşı hansı tədbirləri görə biləcəyi ilə bağlı sualına Tramp belə cavab verib: “Mən sizə demərəm. İstəmirikmi ki, bir az sürpriz olsun?”

Amerika senatoru Lindsi Qrem (Cənubi Karolinadan olan respublikaçı – red.) iyunun sonunda Trampın Konqresin Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsinin qəbul edilməsinin tərəfdarı olduğunu bildirib. Qrem gözləyir ki, Senat Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinə iyulda baxacaq.

Related Articles

Bir cavab yazın

Back to top button