Dünya

Tramp senatda prezident səlahiyyətlərinin azaldılmasına səs verməmələrini istədi

Ölkəmizin təhlükəsizliyi naminə, İranla Müharibə Səlahiyyətləri Layihəsinin ABŞ Senatı tərəfindən müsbət səs qazanmaması çox önəmlidir.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O, senatın üzvlərindən İranla müharibə üçün prezident səlahiyyətlərinin azaldılmasına səs verməmələrini istəyib.

“Biz İrana qarşı çox yaxşı hərəkət edirik. İndi bu layihəni senata aparmaqla zəiflik göstərməyin vaxtı deyil. Amerika xalqının əksəriyyəti terrorçu Süleymaninin öldürülməsi üçün təşkil edilən sui-qəsdi alqışlayıblar. Mənim əllərim bağlı olsaydı, İran istədiyini edəcəkdi. Bu layihə isə İranı sevindirən və bizə yaxşı olmayan çox pis mesaja malikdir. Demokratlar bu layihəni ancaq Respublikaçılar Partiyasını ictimaiyyət qarşısında peşman etmək üçün hazırlayıblar. Qoymayın belə bir hədəflərinə çatsınlar”.

Qeyd edək ki, əksəriyyəti Demokratlar olan ABŞ Nümayəndələr Məclisi prezidentin İranla ehtimal olunan müharibə üzrə səlahiyyətlərinin azaldılması üçün qətnamə ratifikasiya edərək, atılacaq addımların Konqresin icazəsindən asılı edib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close