Dünyaİran

Tramp və Netanyahu İranı müzakirə etdilər

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu İran İslam Respublikasından gələn təhdidləri müzakirə edirlər.

Aznews.tv xəbər verir ki, Ağ Ev məlumat yayıb.

“İki ölkənin liderləri İranın təhdidləri, eləcə də digər vacib ikitərəfli və regional məsələlər üzrə məsləhətləşiblər”, – məlumatda bildirilir.

Bu açıqlama, İsrail XİN-nin bir sıra Avropa ölkələrinin “Inistex” kimi tanınan İranla ticarətin maliyyə mexanizminə qoşulmasına etiraz etməsindən bir neçə saat sonra gəlib.

İsrail Xarici İşlər Nazirliyi İranda etirazçıların öldürüldüyünü vurğulayaraq, “Belçika, Danimarka, Finlandiya, Hollandiya, Norveç və İsveç Tehrandakı rejimi dəstəkləmək üçün daha bundan pis bir fürsət tapa bilmirdilər” deyib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close