Dünya

Tramp “vur” əmrini verdi

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Dəniz Qüvvələrinə İranın hərbi qayıqlarının Amerika gəmilərinə müdaxilə edəcəyi halda onları hədəfə alaraq məhv etmələrini əmrini verdiyini bildirib.

O, bununla bağlı özünün Tvitter hesabında yazıb.

“Mən Amerika Dəniz Qüvvələrinə əmr verdim ki, dənizdəki gəmilərimizə müdaxilə etsələr, İrana aid hər hansı və bütün silahlı qayıqları hədəfə alsın və məhv etsin”, – o yazıb.

Bu açıqlama Amerika Dəniz Qüvvələrinin körfəzdəki gəmilərin SEPAH-a aid sürət qayıqları tərəfindən təhdid olunduğunu bildirməsindən bir neçə gün sonra verilib. ABŞ tərəfi bundan öncə SEPAH-a aid 11 qayığın körfəzin şimalında Amerika hərbi gəmilərinə müdaxilə etdiyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button