Dünyaİran

Trampdan İran rəsmilərinə xəbərdarlıq: Etirazçıları öldürməyin

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə İran hakimiyyətinə etirazçıları öldürməmələri barədə xəbərdarlıq edib.

Bu barədə ABŞ prezidenti Tvitter hesabı üzərindən paylaşım edib. O, paylaşımında İran liderlərinə xitab edib:

“Etirazçıları öldürməyin. Siz əvvəllər də onları öldürdünüz və həbs etdiniz. Dünya, daha da önəmlisi ABŞ bunları müşahidə edir. İnterneti yenidən qoşun və jurnalistlərin fəaliyyətinə icazə verin. Böyük İran xalqını öldürməyi dayandırın!”,-deyə o artırıb.

Qeyd edək ki, SEPAH-ın Ukrayn təyyarəsini vurmasını İrann Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən etiraf etməsindən sonra, Tehranda və İranın bir sıra şəhərlərində etirazların yeni mərhələsi başlayıb. Tramp bundan öncə Tvitter hesabında İran xalqına xitabən paylaşım edərək, onları “cəsur və əzabkeş” adlandırmışdı.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close