Dünya

ABŞ institutu: “Rusiya Zaporejyenin müstəqilliyini elan edib”

"Rusiya qondarma könüllü dəstələri yaratmağa davam edir". Bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu məlumat yayıb.

Qeyd olunub ki, muzdlulara bonuslar və 3000 dollardan çox maaş vəd edilir.

Məlumata görə, ruslar Zaporejyenin müstəqilliyini elan ediblər: “Onlar işğal olunmuş bu əraziyə gələn ukraynalıları qaçqın kimi təqdim edirlər. Bundan başqa, Rusiya qoşunları İzyumun cənub-qərbində və cənub-şərqində lokallaşdırılmış döyüş hücumları həyata keçirir. Severskin cənub-şərqinə,

Baxmutun şimal-şərqinə və cənubuna quru hücumları davam edir”.

ABŞ institutu həmçinin bildirib ki, Rusiya tərəf Donetskin cənub-qərbinə zərbələr endirir. Eyni zamanda qeyd olunub ki, rus qoşunları Nikolaev-Xerson istiqamətində kiçik uğurlar qazanıblar.

Related Articles

Bir cavab yazın

Back to top button