Site icon Aznews TV

“Traxtur” Premyer Liqanın ikinci həftəsindəki qarşılaşmanı 1:1 hesabı ilə başa vurub

Avqustun 19-da Təbrizin “Bonyan Diezel” stadionunda yerli vaxtla saat 18:30-da başlayan oyunda 30-cu dəqiqədə Sadiq Sadiqi “Zob Ahən”ın qolunu vurub. “Traxtur”un bərabərlik qolunu isə son saniyələrdə, əlavə vaxtda Rza Əsadi 97-ci dəqiqədə baş zərbəsi ilə İsfahan komandasının qapısından keçirib.

Bu, Təbriz komandasının türkmənistanlı baş məşqçi Qurban Berdiyevin başçılığı altında keçirdiyi ikinci oyundur.

Bundan öncə “Traxtur” komandası Surcan şəhərinin “Qol Qohər” omandası qarşısında məğlub olmuşdu.

Exit mobile version