Site icon Aznews TV

Traxturdan növbəti inamlı qələbə

Güney Azərbaycanı təmsil edən “Traxtur” rəqib meydanında Kirmanın “Mis” klubu ilə üz-üzə gəlib.

Yerli vaxtla günortadan sonra saat 18:00-da Kirmanın “Şühədayi mis” stadionunda keçirilən görüşdə Təbriz klubu rəqibini 3-1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Traxtur” 28 turdan sonra 49 xalla 16 komanda arasında 4-ci pillədə yer alır.

Exit mobile version