BölgəDünya

Tripoli: İran Liviyaya yaraqlılar göndərib

Əsəd rejimi, Hizbullah və İran Xəlifə Haftari himayə etməsi üçün Liviyaya yaraqlılar göndərib. 

Bu barədə Liviya Milli Sülh Hökumətinin Daxili İşlər Nazirliyi açıqlama verib.

“Əsəd rejimi, Hizbullah, İran və Rusiya Xəlifə Haftarı himayə etmək üçün Liviyaya yaraqlılar göndərib. Bu yaraqlılar Liviyanın Benqazi şəhərinə Suriyanın “Sham Wings” hava yolları şirkəti tərəfindən aparılıb”, – açıqlamada bildirilib.

Qeyd edək ki, Benqazi şəhəri Xəlifə Haftarın başçılıq etdiyi Liviya qiyamçıların mərkəzi sayılır. Bəşər Əsəd Dəməşqdə Haftara bağlı şəxslərdən ibarət heyətlə görüşdən sonra, Liviyanın Dəməşqdəki səfirliyini onların ixtiyarına verib. Əsəd rejiminin bu hərəkəti Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə ziddir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close