DünyaSiyasət

Tripolidə 3 nizami ordu ələ keçirildi

Liviyanın Milli Ordusu paytaxt Tripolidə 3 nizami bölgəni ələ keçirib.

Aznews.tv xəbər verir ki, “Xəlifə Hafter”in ordusundan verilən məlumatda Milli Vifaq Ordusuna bağlı maşınların vurulduğu bildirilib.
Liviya Milli Ordusunun komandiri qurudan davam etdirilən əməliyyat nəticəsində ikisi Milli Vifaq Hökumətinə aid olmaqla ümumilikdə 3 strateji əhəmiyyətli nizami bölgənin ələ keçirildiyini qeyd edib. Əməliyyatda bir çox havadan müdafiə sistemləri və tankdan istifadə edilib.

Liviya Milli Ordusunun Milli Vifaq Ordusu tərəfindən geri çəkilməyə məcbur edildiyi iddia edilir.
Qeyd edək ki, Birləşmiş Millətlər Liviya Komissiyası rəhbəri Həsən Səlama Tripolidəki müharibənin dayandırılması üçün tərəfləri “Təcili atəşkəs”ə çağırıb.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button