BölgəİranSiyasət

Trump Ayətulla Xameneyini hədəfləyən sanksiyaları imzalayıb

Aznews.tv BBC-yə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni və daha sərt sanksiyaları imzaladığını bildirib. Hədəfə alınanlar arasında ölkənin ali dini lideri Ayətulla Əli Xameneyi də var.

Tramp deyib ki, yeni sanksiyalar ABŞ dronunun vurulması və “digər bir çox şeylərə” cavabdır.

Sanksiyalar “Tehrana təzyiqləri artırmaqda davam edəcək” – o deyib və əlavə edib ki, “İran heç zaman nüvə silahına sahib ola bilməyəcək”.

İki ölkə arasında gərginlik son həftələrdə daha da yüksəlməkdə idi.

Keçən həftə İran Körfəzdə pilotsuz ABŞ dronunu vurub salmışdı.

 

Aznews.tv

 

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button