Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Türk ölkəsi Qazaxıstanda nadir filiz yatağı tapılıb

Qazaxıstanda geoloqlar 300 metrə qədər dərinlikdə olduğu təxmin edilən, ehtiyatı 20 milyon tondan çox olan nadir metal yatağı aşkar ediblər.

Bu barədə ölkənin Sənaye və Tikinti Nazirliyinin məlumatında deyilir.

Qazaxıstanın paytaxtından 420 km məsafədə yerləşən Jana yatağının neodim, serium, lantan və itriumdan ibarət olduğu və nadir torpaq metalının orta hesabla hər tona 700 qram təşkil etdiyi bildirilib.

Qazaxıstan hazırda ABŞ Geoloji Xidmətinin tərtib etdiyi nadir metal ehtiyatlarına malik ölkələr siyahısına daxil edilməyib.

Bu tapıntı təsdiqlənərsə, Qazaxıstan ehtiyatlarına görə Çin və Braziliyadan sonra üçüncü olacaq.

Related Articles

Bir cavab yazın

Back to top button