İran

Ustad Şəhriyarın tarixi evi restavrasıya olunacaq

Şəhriyar təxəllüsü ilə tanınan Məhəmməd Hüseyn Behcət Təbrizinin Təbrizdə tarixi evi Şəhrdari tərəfindən təmir olunacaq. Amma bu evin Milli Əsərlər Fehrestində səbt olunduğuna görə Fərhəngi Miras Sazimanın mütəxəssisləri bu məsələ ilə məşğul olmalıdır. Ev yeraltı qatda 3 otaq və 1 hovuz, birinci qatda 3 otaq və 1 mərbəxdən ibarət 22729 nümrə ilə Milli Əsərlər Fehrestində səbt olunub. Ustad Şəhriyar Ev Muzeyi Heyətinin rəisi Əli Əsğər, “bu mülk şəhrdarinin olduğuna görə evin təmirinə onlar nəzarət edib. Amma Fərhəngi Miras Sazimanın mütəxəssisləri nəzarət etməli idilər. Bu evin təmirə ehtiyac yoxdur, möhkəmləndirilməsinə ehtiyac var. Görüləcək işlər barədə Təbriz Şəhər Şurası Fərhəngi və İctimai Komitəsinin rəisi cənab doktor Şəkur Əkbərnijada bir məktub yazdım. Çevrədəki evlər də alınmalı idi, amma icra olunmadı”, deyə bildirib.Şerdustün sözlərinə görə, “qarşıdakı günlərdə ustad Şəhriyarın ölümünün ildönümü gəlir. Ona görə də evin təmir olunacağı məsələsi kimlərinsə ancaq özlərini təbliğ etmək məqsədi daşıyır.

Related Articles

Bir cavab yazın

Back to top button