BölgəDünya

Türk qırıcıları hücuma keçdi: Əsədə ağır zərbələr endirilir – Təcili

Qəhrəman əsgərlərimizin qanı yerdə qalmayacaq. Hazırda hava və qurudan Suriya rejiminin bütün hədəflərinə zərbə endirilir.

Bu açıqlamanı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun yayıb. O bildirib ki, zərbələr endirilməkdə davam edəcək:

“Suriya ordusunun bütün bilinən hədəflərinə hazırda zərbə endirilir və bu zərbələr davam edəcək. Astana sammiti tərəfləri başda olmaqla, bütün beynəlxalq toplumu üzərinə düşən məsuliyyəti yerinə yetirməyə çağırırıq”.

Qeyd edək ki, bu gün Suriya ordusunun hücumu nəticəsində 33 türk əsgəri şəhid olub. Suriya ordusunun hücumuna Rusiya qırıcıları havadan dəstək verib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close