Dünya

Ned Prays İrana çağırış etdi: “Vətəndaşlarımızı azad edin və Rusiyaya dron göndərməyin”

Amerika Dövlət Departamentinin sözçüsü Tehran rəsmilərinə çağırış edərək İranda həbsdə saxlanılan Amerika vətəndaşlarını azad etməyi, Rusiyaya dron göndərməməyi və xalqı öldürməyi dayandırmağı tələb edib.

İran_Amerika arasında müzakirələrin başlaması ilə bağlı xəbərləri təkzib edən Prays Tehran rejiminə etimad etmədiklərini deyib.

Qeyd edək ki, son günlər Oman hökumətinin İran və Amerika arasında danışıqların bərpası ilə bağlı vasitəçilik etməsi barədə xəbərlər yayılıb.

Ned Praysın son bəyanatı bunu təkzib edir və İran hökumətinin bu şayiələrdən siyasi istifadə etmək niyyətində olduğunu bildirir.

Related Articles

Bir cavab yazın

Back to top button