Dünyaİran

Ameri̇kada 11 İran vətəndaşı saxlanılıb

Meksik mərzindən Amerikanın Arizona əyalətinə qanunsuz şəkildə keçən 11 iranlı bəhmən ayının 13-də saxlanılıb. Amerikanın Gömrük və Mərzin Qoruması İdarəsinin məlumatına görə, həmin şəxslər əyalətin güney-batısında yerləşən Yuma mərz şəhərində tutuqlanıblar. İdarə onlardan 5-nin qadın, 6-nın isə kişi olduğunu açıqlayıb.

Qeyd edək ki, ötən ilin oktobr ayından indiyə kimi ümumilikdə 14 İran vətəndaşı Amerikanın Gömrük və Mərzin Qoruması İdarəsinin məmurları tərəfindən həbs olunub.

Related Articles

Bir cavab yazın

Back to top button