Dünya

Türkiyə AB-ə qarşı bir milyon qaçqının təhdidindən istifadəni dayandırmalıdır

Türkiyə Avropa Birliyinə qarşı bir milyon qaçqının təhdidindən istifadə etməyi dayandırmalıdır.

Bu açıqlama ilə Suriya Xarici İşlər nazirinin müavini Faisal Mikdad çıxış edib.

Türkiyənin fevralda İdlibdəki vəziyyətin kəskinləşməsindən sonra, qaçqın axınını dayandıra bilməyəcəyini və Avropa Birliyi ilə sərhədlərini açacağını söyləməsi miqrasiya böhranına mənfi təsir etdi. Əsasən Türkiyənin qonşuları – Yunanıstan və Bolqarıstan bundan əziyyət çəkdi. Avropa Birliyi səlahiyyətliləri yeni qaçqın dalğasının qarşısının alınması üçün bir sıra tədbirlər gördü və böhranın aradan qaldırılması yollarını tapmaq üçün Türkiyə rəhbərliyi ilə danışıqlar apardılar. Almaniyanın xarici işlər naziri Heiko Maas, Avropa irliyinin qaçqın problemi ilə əlaqədar Türkiyəyə kömək etməyə hazır olduğunu açıqladı.

“Türkiyənin Qərb ölkələrinə göndərdiyi insanların hamısı suriyalı deyil. Onların əksəriyyəti əfqanlar və digər ölkələrin nümayəndələridir. Buna görə də Türkiyə Avropanı şantaj etməyi dayandırmalıdır” – deyə Faisal Mikdad bildirib.

Onun sözlərinə görə, Türkiyənin özü elə bir şərait yaradıb ki, son bir neçə həftə ərzində Türkiyə və Yunanıstan sərhədlərində qaçqınlar toplansın. O, həmçinin qeyd edib ki, bu vəziyyət suriyalı qaçqınların vətənlərinə qayıtmasına kömək etmir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close