AzərbaycanBölgəDünya

Türkiyə-Azərbaycan sərhədində İŞİD üzvləri saxlanıldı

Türkiyə polisi Azərbaycan-Türkiyə sərhəddində 3 nəfər İŞİD terror qruplaşmasının üzvü tutulduğunu bildirib.
Türkiyə Təhlükəsizlik Qüvvələrinin verdiyi məlumata görə, şübhəli Iğdır vilayətində təqib zamanı Türkiyə-Azərbaycan sərhədində yaxalanıblar.
“İŞİD terror qruplaşmasının 3 üzvü şərq sərhəddindən Türkiyəyə girməyi planlaşdırırdılar. Lakin ” kocaeli ” əyalətində yerləşən təhlükəsizlik qüvvələri tərəfindən vaxtında saxlanıblar”, – məlumatda bildirilib.

Türkiyə keçən həftə də terror əməliyyatları keçirməyi planlaşdıran 13 İŞİD üzvünün tutulduğunu açıqlayıb. Qruplaşmasının üzvləri “Osmaniye” vilayətində Türkiyə polisi tərəfindən tutulub.

Qeyd edək ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu hazırda Türkiyə həbsxanalarında təxminən 1.200 nəfər İŞİD üzvü saxlanıldığını bildirib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close