Dünya

Türkiyə koronavirusdan ölənlərin sayının 37-yə çatdı

Türkiyə koronavirusdan ölənlərin sayının 37-yə çatdığını təsdiqlədi.

Bu haqda rəsmi açıqlamanı Türkiyənin Səhiyyə naziri Fahrettin Koca verib.

Məlumata görə, bu günə qədər virusa yoluxmaqda şübhəli bilinən insanlarda 20 mindən çox koronavirus müayinəsi aparılıb və son 24 saat ərzində 293 müsbət nəticəyə rastlanıb.

Ölkə ərazisində virusa ümumi yoluxanların sayı 1529-a çatıb.

Bazar ertəsi əvvəlində edilən bir brifinqdə Koca, Türkiyədəki qurbanların əksəriyyətinin yaşlı olduğunu, dünyasını dəyişənlərdən iksinin yaşlarının 50-60 aralığında, birinin 91 yaşında və digərlərinin 61 yaşından yuxarı olduğunu da vurğulayıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close