Site icon Aznews TV

Türkiyə Milli Müdafiə Nazirliyindən Ermənistana cavab

Türkiyə Milli difa vəzirliyi Xocalı soyqırımının görüntülərini paylaşıb. Bununla da dövlət qurumu Ermənistanın azərbaycanlı mülki vətəndaşlara qarşı hücumlarına cavab verib. Paylaşım difa vəzirliyinin “Twitter” hesabında yerləşdirilib.
1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Xocalı şəhərində erməni soyqırımı nəticəsində baş verən olayları əks etdirən paylaşımda Ermənistanın 30 il əvvəl olduğu kimi, indi də sülh və əmin-amanlığın düşməni kimi çıxış etdiyi vurğulanıb.
“Uşaq, qadın və qoca demədən, Azərbaycan torpaqlarını işğal edən Xocalıda soyqırımı həyata keçirən Ermənistan bu gün də bütün dünyanın gözü qarşısında günahsız yerli vətəndaşları hədəf alır”, – deyə qeyd edilib.

Exit mobile version