BölgəDünya

Türkiyə MN: İdlibdə daha 55 suriyalı hərbçi zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələri İdlibdə daha 55 suriyalı hərbçini “zərərsizləşdirdi”.

Bu haqda məlumat Türkiyə Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada yer alıb.

Bununla yanaşı, çərşənbə axşamı günü Türkiyə Müdafiə Nazirliyi, Suriya Ordusuna aid 51 qurğunun, o cümlədən iki tank, zenit qurğusu və döyüş sursatı anbarının məhv edildiyini açıqlayıb.

Xatırladaq ki, bazar ertəsi nazirlik, Suriya ordusu tərəfindən İdlib müşahidə postunun atəşə tutulması nəticəsində beş türk əsgərinin şəhid olduğunu, daha 5 nəfərin isə yaralandığını açıqlamışdı. Buna cavab olaraq, Türkiyə Silahlı Qüvvələri Suriya ordusunun 115 hədəfinə atəş açıb və 101 Suriya hərbçisini zərərsizləşdirib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close