Azərbaycan

Türkiyə Prezidenti Xocalı faciəsi ilə bağlı paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım edib. “29 il əvvəl Xocalıda amansız şəkildə qətlə yetirilən azərbaycanlı qardaş-bacılarımızı rəhmətlə yad edirəm. İllər keçsə də, ağrı-acısını unutmayacağımız, hüznünü təkrar-təkrar yaşayacağımız Xocalı qətliamının 29-cu ildönümündə qadın, uşaq, yaşlı demədən vəhşicəsinə qətlə yetirilən 613 azərbaycanlı qardaş-bacımızı rəhmətlə anır, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Tək millət, iki dövlətik. Türkiyə haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcək”,-deyə Türkiyə prezidentinin paylaşımında bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button