
O, dünən “TurkeyScope” qəzetində dərc olunan məqalədə bölgəsəl təhdidlərlə mübarizə aparmaq üçün Ankara və Qüdsün birgə əməkdaşlığının vacibliyini vurğulayıb.
Səfir onu da bildirib ki, Türkiyə və İsrailin bütün mövzularda, o cümlədən Fələstin məsələsində ortaq fikirə sahib olmamaları təbiidir, lakin geostrateji maraqlar iki ölkəni regional təhdidlərə qarşı sıx və çoxşaxəli əməkdaşlığa sövq edir.