DünyaMədəniyyət və incəsənət

Türkiyə Uşaqlar Gününü bayram edir

23 Aprel Türkiyə Cümhuriyyətinin dövlət bayramı – Milli Suverenlik, həm də Uşaq Günüdür.

1920-ci ilin 23 aprelində Ankarada Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Böyük Millət Məclisi toplandı və türk xalqının Qurtuluş Savaşında – Cümhuriyyət quruculuğu yolunda tarixi bir səhifə açıldı.

Türkiyə Cümhuriyyətinin təşəkkülündən sonra bu tarixi gün rəsmi dövlət bayramı – Milli Suverenlik Günü kimi qeyd olunmağa başlandı və ulu öndər Atatürk 23 apreli Türkiyə və dünya uşaqlarına bir bayram kimi ərməğan etdi.

Ötən əsrin 80-ci illərindən etibarən aprelin 23-ü Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı adı ilə iki böyük bayramı özündə birləşdirir.

Bununla bərabər Türkiyə hər 23 apreldə dünyanın dörd yanından uşaqları bir araya gətirərək beynəlxalq festival şəklində bayramı böyük təmtəraqla qeyd edirdi. Uşaqlar bir günlüyünə rəmzi olaraq idarəçiliyi ələ alırdı. Lakin bu il bütün dünyada olduğu kimi Türkiyədə də koronavirus səbəbindən tətbiq edilən karantin rejimi bayramın əvvəlki kimi qeyd olunmasının qarşısını alır.

Amma buna baxmayaraq insanlar evlərində və ya yaşadıqları mənzillərin eyvanlarına çıxıb dövlət bayrağını dalğalandıraraq yerli vaxtla saat 21:00-da Türkiyə himnini – İstiqlal marşını oxuyacaqlar.

Related Articles

Bir cavab yazın

Back to top button