İran

Bu gün Seyid Cəfər Pişəvərinin anım günüdür

1947-cı ildə Güney Azərbaycan inqılabı hərkatının görkəmli başqanı, Azərbaycan demokrat firqəsinin yaradıcısı, jurnalist Seyid Cəfər Pişəvəri müəmmalı otomobil hadsəsində Bakıya çatdırılsa da vəfat edib. O, Azərbaycan demokrat firqəsinin sədri, 1945-46-cı illərdə Azərbaycan Milli Hökümətinin başqanı olub.
Seyid Cəfər Mircavad oğlu Pişəvəri 1892-ci il aqustun 26-da hicri tarixlə 1313-cü il səfər ayının 13-də Güney Azərbaycanda, xalxal mahalının Zeyvə kəndində atası Mir Cavad və anası Səkinə xanım olaraq dünyaya göz açıb. Seyid Cəfər Pişəvəri 5 yaşında ikən atası onu kənddə molla Mir İbrahimin Quranı və şəriəti tədris edən mədrəsəsinə verir. Güclü hafizəyə və tez qavrama qabiliyyəti olduğundan Mir Cəfər qısa müddətdə Quranı bitirir və çox zaman zəif yoldaşlarına köməklik də edirmiş. Sonralar onun atası Mir cavad ailəliklə Azərbaycan paytaxtı Bakyıa köçüb.
Ailəsi ilə Bakyıa gəldikdən sonra bir müddət Bülbülədə, sonra isə Sabunçuda təhsilini davam etədirir. Özünün hazırcavablığı eləcə də dərsdə verilmiş tapşırıqlarını vaxtında habelə keyfiyətlə yerinə yetirməsi mədrəsənin müəlmlərinin diqqətini çəkir və onların razılığına səbəb olur. Atasının aldığı əmkhaqqı altı nəfərlik ailəni dolandırmağa, kifayt etəmirdi. O, bir gün mədrəsə müdirinə ona hər hansı bir iş verməsini xahiş edir. Ailəsinin maddi vəziyəiti ağır olan şagirdin xahişi mədrəsə müdiri tərəfindən qəbul olunur. Seyid Cəfər Pişəvəri oxuduğu mədrəsədə işləməyə başlayır. Yazıçı və siyasi xadim kimi yetişməyində və fəaliyətində Bakıdakı ədəbi-siyasi mühitin, o dövrün mətbuatının, ədəbi və siyasi simalarının təsiri danılmazdı. Seyid Cəfər Pişəvərinin yeniyetmə və gənclik illərində Bakıda çap olunan çoxlu qəzet və dərgi, o cümlədən «qoç», «yoldaş», «Tərəqqi», «Həqiqət», «Vətən səsi», «Açıq söz», Güney Azərbaycanda çap edilən «Fəryad», «Şu:raye iran» , «Şəms» qəzetləri, eləcə də «Molla Nəsrəddin», «Fiyuzat», «Məktəb», irəvanda çap olan «Leylək» və ayrı-ayrı müxtəlif yönlü dərgilərin bir çoxunun daimi oxucusu olan Seyid Cəfər Pişəvərinin ədəbi-siyasi cəhətdən formalaşmasında və gəlişməsində, onun jurnalistliyə və mətbuat işinə güclü həvəsin oyanmasında müstəsna rol oynamışlar.
1927-ci ildə Tehrana gəldikdən sonra bir müddət işsiz qalır. Sonra Tehranın «Refahi» xiyavanında bir kitab mağazasını alır. İkı il həmin kitab mağazasını işlədir. Həmin ilin aqust ayında 125 tümən aylıq maaşla Tehərandakı Şu:rvi mədrəsəsinə müəllim kimi qəbul olunur. O, rus dilli klaslara riyaziyat, tarix, coğrafiya və fars dilini tədris edir. Seyid Cəfər Pişəvəri harada işləməyindən asılı olmayaraq Riza şahın əmniyəti qüvvələri onu gözdən qoymur. Addım-addım onu izləyirlər, onu həbs etməyə bəhanə axtarılır. Nəhayət 1929-cu ilin desambrin son günlərində polisin əlinə belə bir bəhanə düşür. Beləcə Seyid Cəfər Pişəvəri həbs olunur.
Pişəvəri 12 il həbsini 1941-ci il septambr ayında bitirir. 1941-ci ildə İran xalq partyıasının yaranmasında fəal iştırak edir. Pişəvəri redaktoru olduğu “ajir” qəzeti vasitəsilə Riza şahı, onunla birlikdə xalq kütələlərini vəhəşicəsinə soyan və İranın müstəmləkəyə çevərilməsinə kömək edən irticanı ifşa edir. 1944-cü ildə Pişəvəri Azərbaycandan 14-cu Milli məclisə nümayəndə seçilmiş olsa da, İran irticası onun etibarnaməsini rədd edir. Pişəvəri iranda nəşr olunan 44 mütərəqqqi qəzeti birləşədirib ” azadlıq cəbəhəsi ” yaratmışdır.
1945-ci ilin 3 septambrında Azərbaycan demukrat firqəsi Seyid Cəfər Pişəvəri tərəfindən yarandı. 1945-ci ilin oktobr ayında keçirilən Azərbaycan demukrat firqəsi-nin 1-cı qurultayı Pişəvərini mərkəzi komitəsinin sədri seçmişdir. Azərbaycan demokrat firqəsinin orqanı olan “Azərbaycan” qəzeti vasitəsilə Azərbaycan xalqı qarşısında duran vəzifələr və 21 azər hərəkatının hazırlanması taktikası Pişəvərinın rəhbərliyi altında həyata keçirilir. 1945-ci il desaməbər ayının 12-də 21 azər hərəkatının qələbəsi ilə ilgili fəaliyətə başlamış Azərbaycan milli məclisinin qərarı ilə Pişəvəri Azərbaycan Milli Hökümətinin Baş Vəziri təyin edilmişdir. Yalnız həmin hökümətin İranın daxilində Azərbaycanın milli muxtariyət hüququnu dirçəldərək Azərbaycanlıların öz ana dilində danışmaları, yazıb-oxumaları uçun şərayt yaratdı. mədrəsələrdə anadilində dərslərin keçirilməsini təmin etdi. Savadsızlığın kökünü kəsmək üçün kəsin addımlar atdı. Fəhlələr üçün iş qanunu xanımlar üçün kişilərlə bərabər hüquqlar, bütün ölkədə önəmi olan torpaq islahatı həyata keçirildi. Güney Azərbaycanda görülən demokratik tədbirləri hətta düşmənlər belə tərif edirdilər.
Azərbaycanda bu demokratik islahatlar təkəcə İran irticasını yox, həm də İranda müstəmləkəçilik siyasəti yürütmək arzusunda olan böyük Britaniyanı narahat edirdi. Onlar birləşərək Azərbaycan Milli Hökümətini siyasi blokladılar. 1946-cı ilin desambr ayından muhacirət etmiş Azərbaycan inqılabçılarının bir hissəsi Şurəvi Azərbaycanına gəldi.
1947-ci il juənin 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında Pişəvəri müəmmalı şəkildə maşın qəzasına düşüb və Bakı mərizxanasında dünyasını dəyişib. Pişəvərinın məzarı Bakı şəhərində birinci fəxəri xiyavandadır.

Related Articles

Bir cavab yazın

Back to top button