BölgəDünya

Türkiyə yeni antiterror əməliyyatına start verib

Türkiyə təhlükəsizlik qüvvələri yeni antiterror əməliyyatına start verib.

Bu haqda məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.

Nazirlikdən verilən məlumata görə,Türkiyənin cənub-şərqində “Kapan-6” antiterror əməliyyatı başlayıb.

“Diyarbəkir və Batman əyalətləri arasında olan ərazidə 1440 təhlükəsizlik qüvvəsinin iştirak etdiyi “Kapkan-6 “antiterror əməliyyatı həyata keçirilir” – deyə nazirliyin bəyanatında bildirilib.

Xatırladaq ki, 2015-ci ilin iyul ayında Türkiyədə PKK ilə silahlı qarşıdurmanın yenidən başlamasından sonra kürd üsyançılarının hücumları nəticəsində 1000-ə yaxın hərbi və polis əməkdaşı, həmçinin 500-ə yaxın mülki şəxs həyatını itirib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close