Dünya

Türkiyə YPG / PKK terrorçularının bu sığınacaqlarını məhv etdi

Türkiyə təhlükəsizlik qüvvələri Türkiyənin cənub-şərqindəki bir sıra YPG / PKK terrorçu sığınacaqlarını məhv edib.

Bu haqda məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, İl Jandarma Komandirliyi, Siirt vilayətinin Pərvari mahalında bir əməliyyat başladıb.

Əməliyyatda iştirak edən təhlükəsizlik qüvvələri terrorçulara məxsus beş sığınacaq yerini dağıdıb, partlayıcı maddə, silah, Kalaşnikov döyüş sursatı və terror qruplaşması ilə əlaqəli sənədlər ələ keçirib.

Türkiyə, Amerika və Avropa Birliyi tərəfindən terror təşkilatı olaraq siyahıya alınan PKK 30 ildən çoxdur ki, Türkiyəyə qarşı terror kampaniyası aparır, nəticədə qadınlar, uşaqlar və körpələr də daxil olmaqla 40 minə yaxın insanın ölümünə səbəb olub.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close