AzərbaycanBölgəCəmiyyət

Türkiyədə Dünyada sülh: Qarabağ Azərbaycandır” layihəsinin açılışı keçirilib

Azərbaycan Diasporalarla İş Komitəsinin dəstəyi ilə Türkiyə Böyük Millət Məclisi “Dünyada sülh: Qarabağ Azərbaycandır” layihəsini başladır.

Dünya Azərbaycan Platforması (DAP) tərəfindən təşkil edilən ilk tədbir 20 yanvar 2020-ci il soyqırımının 30-cu ildönümünə ithaf edilib.

Türkiyə Böyük Millət Məclisində qurulan lövhə, Dr. Sabir Şahtaxtın “Soyqırımdan Xocalıya”, “Böyük erməni xülyası: Gerçəklər və dəlillər”in elmi yayımları, Kəbutar Haqverdinin “O gecə qar qan rəngindəydi” romanı ve digərləri sərgilənib.

DAP sədri Samir İskəndəroğlu və təşkilatın sədri Mehriban Paşayeva, DAP İdarə Heyətinin üzvləri Vəfa Aktuz və Sara Zeynalova nəşrlər haqqında qonaqlara məlumat veriblər.

Kitablar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, eks-Baş nazir Binəli Yıldırım, TBMM sədri Mustafa Şəntop, Milliyyətçi Hərəkət Partiyasının sədri Dövlət Baxçalı və digər partiya rəhbərləri, millət vəkillərinə hədiyyə edilib.

“Dünyada Barış” adlandırılan bu yanaşmanın məqsədi bütün dünyaya Azərbaycanı tanıtmaqdır. Bu məqsədlə, mədəniyyət mərkəzləri və qalereyalar də daxil olmaq üzrə Türkiyə universitetlərində həqiqətlərini əks etdirən stendlərdən sərgilər təşkil ediləcək.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close