Bölgəİqtisadiyyatİran

Türkiyədə iranlılar tərəfindən ev alışı 65% artıb

Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, Türkiyə Statistika Mərkəzinin hesabatına görə, iranlılar bu ilin ilk 9 ayında 3324 mənzil satın alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 65% artıb və 2017-ci ilin 9 ayı ilə müqayisədə təxminən 5,5 dəfə artım deməkdir.

İranlılar, İraq vətəndaşlarından sonra Türkiyədə mənzil almaq nisbətinə görə ikinci yerdədir. Sonrakı yerlərdə Rusiya, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Küveyt və Almaniya vətəndaşları var.

“Reuters” agentliyinin oktyabrın 1-də verdiyi məlumata görə, bir çox iranlı vətəndaşlıq və pasport almaq məqsədilə Türkiyədə ev almaq üçün yollar axtarır.

Bundan əvvəl, Türkiyə əcnəbilərə bu ölkənin vətəndaşlığını əldə etməsi üçün ən azı 1 milyon dollarlıq mənzil və digər daşınmaz əmlaka sərmayə qoyması tələbini irəli sürmüşdü, ancaq ötən ildən etibarən bu rəqəmi 250 min dollara azaldıb.

Əcnəbilərə ən böyük ev satışları İstanbul, Antalya və Ankara şəhərlərində reallaşıb.

Türkiyədə əcnəbilərə mənzil satışı bu ilin ilk 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üçdə bir artaraq 32.628 ədədə çatıb.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button