Azərbaycanİran

Güney azərbaycanlı əsgər etirazçılara qarşı repressiyada iştirakdan imtina etdiyi üçün həbs edilib

Təbrizdə yaşayan Güney Azərbaycandan olan gənc yazar Ramin Behzad İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Yerli mənbələrin məlumatına görə, hazırda hərbi xidmətdə olan Behzad etirazçıların zorakılıqla yatırılması ilə bağlı komandanlığın əmrinə tabe olmayıb və buna görə həbsə atılıb.

Yaxınlarının dediyinə görə, 10 gün öncə həbs edilən gənc yazıçının harada saxlanıldığı barədə məlumat əldə edə bilmirlər.

Related Articles

Bir cavab yazın

Back to top button