BölgəDünya

Türkiyədə qanunsuz yaşayan iranlı və əfqan mühacirlər həbs edilir

Türkiyə ölkədə qeyri-qanuni yaşayan İran və əfqan mühacirlərini həbs edir.

Aznews.tv xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, avqustun 12-i Türkiyənin şimal-qərbində otuz dörd qanunsuz mühacir həbs edilib. Saxlanılanlar

İran və Əfqanıstan vətəndaşlarıdır. Onların arasında uşaqlar da var. Saxlanılan şəxslər qanunsuz yollarla Avropaya getməyi planlaşdırıbdılar.

Qeyd edək ki, son üç ildə Türkiyədən Avropaya getməyə çalışan müxtəlif ölkələrdən, təxminən, 796 min qanunsuz mühacir həbs olunub. Qeyri-qanuni mühacirlər Türkiyədən Avropaya getmək üçün 500-7000 avro arasında rüşvət ödəyirlər. 2019-cu ilin ilk 6 ayında Avropaya qanunsuz mühacirləri aparan bir neçə gəmi qəzasından 144 nəfər ölüb. Habelə, Türkiyə-İran və Türkiyə-Yunanıstan sərhədlərində, təxminən, 43 qeyri-qanuni mühacir soyuqdan donublar.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button