Site icon Aznews TV

Türkiyənin Atmaca raketi ən uzun mənzilli və ən uzun müddətli uçuşunu həyata keçirdi

Türkiyənin Raket Sənaye və Ticaret anonim şirketi – ROKETSAN bu barədə sosial media hesabında məlumat paylaşaraq bildirib.

Türkiyənin Raket Sənaye və Ticaret anonim şirketi – ROKETSAN tərəfindən hazırlanmış yerdən yerə qanadlı raket silah sistemi – Atmaca UM (Kara Atmaca) atış testi işlərində hədəfini dəqiq vuraraq ən uzun mənzilli və ən uzun müddətli uçuşunu həyata keçirdi.

Şirkət bu barədə sosial media hesabında məlumat paylaşaraq bildirib: “Qara Atmaca uzun məsafəyə uçdu. Atmaca UM atış testi fəaliyyətində hədəfini dəqiq vuraraq ən uzun mənzilli və ən uzun müddətli uçuşunu həyata keçirdi. Ölkəmizə və sevimli millətimizə xeyirli olsun”.

Exit mobile version