Dünyaİqtisadiyyat

Türkiyənin İrana ixracı sanksiyalara görə 1.5 milyard dollar azalıb

Türkiyənin İrana ixracı sanksiyalara görə 1.5 milyard dollar azalıb.

Bu barədə Türkiyənin Ticarət naziri Ruxsar Pekcan İsveçrədəki “Davos” Beynəlxalq İqtisad İclasında “Blumberq” agentliyinə danışarkən deyib.

O, 2019-cu ildə Türkiyənin İrana olan ixracının 180 milyard 460 milyona çatdığını bildirib.

Türkiyə hər zaman ABŞ-ın İrana qarşı sanksiyalarını tənqid edib. Ötən ilin mayından ABŞ sanksiyalarına görə Türkiyənin İrandan neft alışına son qoyulub.

Türkiyənin Statistika Mərkəzinə görə, keçən ilin 11 ayında İrana olan ixracat 2.1 milyard dollar təşkil edib. 2018-ci ilin bənzər dövründə isə bu rəqəm 200 milyon dollar, 2017-ci il ildə isə 1.15 milyard dollar olub.

Eyni zamanda keçən ilin 11 ayında İrandan 3.2 milyard dollar idxalat olub ki, bu, 2018-ci ilin bənzər dövründə 6.5 milyard, 2017-ci ildə isə 7 milyard dollar olub.

Bu hesabla, İran və Türkiyənin ikitərəfli ticarəti 2017-ci ilə görə təqribən yarıya düşüb.

Pekcan ümumiyyətlə keçən il Türkiyənin idxalatının 9 faiz azaldığına və 210 milyard 400 milyon dollara endiyinə diqqət çəkib.

Onun sözlərinə görə, bu ölkənin iqtisadi tarazlığı keçən il 2018-ci ilə görə 45 faiz düzəlib və bu, bir uğurdur.

Ruxsar Pekcan, Davos-da Amerikanın Ticarət Naziri Vilber Ras ilə görüşündə iki ölkənin ticarət həcminin 100 milyard dollara çıxmasına təkid elədiklərini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button