BölgəDünyaMədəniyyət və incəsənət

Türkiyənin məşhur aktyoru “Emmi” qazandı

Builki beynəlxalq “Emmi” mükafatının qaliblərindən biri türkiyəli məşhur aktyor Haluk Bilginər olub.

H.Bilginər “Ay Yapım” media şirkətinin istehsalı olan 12 seriyalı “Şəxsiyyət” serialında canlandırdığı baş rola görə “ən yaxşı kişi aktyor” nominasiyasında mükafata layiq görülüb.

H.Bilginər “Emmi” mükafatını qazanan ilk türk aktyor kimi tarixə düşüb.

“Bu, çox böyük bir şərəfdir və mükafata görə akademiyaya təşəkkür edirəm. Mən özümü çox yaxşı hiss edirəm. Özümdən çox Türkiyəyə bu mükafat getdiyi üçün xoşbəxtəm. Çox sevindirici haldır ki, sevgi və təqdirlə gördüyümüz bir iş beynəlxalq bir platformada başqaları tərəfindən qiymətləndirilir və mükafatlara layiq görülür. Çox xoşbəxtəm”, – H.Bilgin əlavə edib.

Nyu-Yorkda keçirilən 47-ci Beynəlxalq “Emmi” mükafatına ümumilikdə 21 ölkədən 11 kateqoriya üzrə 44 namizəd təqdim olunub.

Qeyd edək ki, 1949-cu ildən keçirilən “Emmi” mükafatı televiziyanın müxtəlif sahələrini əhatə edir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close