İran

Əlirza Fərşiyə dəstək aksiyası keçirilib

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşiyə dəstək işləri həyata keçirilib. Belə ki, bir qrup milli-mədəni fəal Əlirza Fərşinin şəkillərini kitabların üzərinə yapışdıraraq kitabxanalarda, tarixi məkan və parklarda siyasi məhbusun fəaliyyəti ilə bağlı məlumat veriblər.
Bildirək ki, Əlirza Fərşi türk dili ilə bağlı fəaliyyətlərinə görə tutuqlanıb. O, türk dilində kitablardan ibarət kitabxana yaradılmasını və ana dilində tədrisin təmin olunmasını istəyib. Fəal hazırda Tehran həbsxanasında saxlanılır.

Related Articles

Bir cavab yazın

Back to top button