Türkiyə Ordusunun Hərbi Hava Qüvvələri İraqda PKK terror qruplaşmasının daha 8 silahlısını zərərsizləşdirib.
Türkiyə Milli Müdafiə Nazirliyinin “Tvitter”dəki səhifəsində yerləşdirilən məlumatda belə deyilir.
“İraqın şimalındakı Avaşin Basyan bölgəsində kəşfiyyat və müşahidə ilə müəyyənləşdirilən PKK-nın 8 terrorçusu hərbi hava əməliyyatı ilə zərərsizləşdirildi. Əməliyyatlar sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam etdiriləcək”, – nazirliyin açıqlamasında bildirilib.
Irak kuzeyi Avaşin Basyan bölgesinde keşif ve gözetleme vasıtalarıyla tespit edilen 8 PKK’lı terörist, düzenlenen hava harekâtıyla etkisiz hale getirildi. En son terörist etkisiz hale getirilinceye kadar operasyonlara devam edilecek! #MSB #TSK