Site icon Aznews TV

Türkiyə Xarici İşlər Nazirliyi Merih Dəmiralla bağlı bəyanat yaydı

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

“Almaniya Federal Konstitusiyanı Mühafizə Təşkilatının 2023-cü ilin sentyabrında dərc etdiyi hesabatda Bozqurd işarəsi göstərən hər kəsin ifrat millətçi kimi qiymətləndirilmədiyinin vurğulandığı və Bozqurd işarəsinin Almaniyada qadağan edilmiş bir simvol olmadığı halda, Almaniya səlahiyyətliləri tərəfindən Dəmirala göstərilən reaksiyalar birbaşa ksenofobiya kimi qiymətləndirilir”, – deyə bəyanatda qeyd edilib.

Türkiyə XİN idman müsabiqələrində sevinc nümayişi zamanı tarixi və mədəni simvolun heç kimi hədəf almayacaq şəkildə istifadəsinə siyasi məqsədlərlə verilən reaksiyaları qınadığını bəyan edib.

Exit mobile version