Site icon Aznews TV

Türkiyədə koronavirus daha 84 nəfərin həyatlna son qoydu

Türkiyədə son sutka ərzində daha 84 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib, 2516 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazirin sözlərinə görə, bununla pandemiya qurbanlarının sayı 10 887, virusa yoluxanların sayı isə 395 255 nəfərə çatıb.

Türkiyədə indiyədək 338 239 (son sutkada 2 018 nəfər) pasiyent sağalaraq evə buraxılıb.

Exit mobile version