Türkiyənin Hatay vilayətinin İsgenderun şəhristanı mərkəzində terror törədilib. Bu barədə Hatay valisi Rahmi Doğan məlumat yayıb.
Vali deyib ki, İsgenderunun mərkəzində Fener küçəsində yerli vaxtla 20.30-da iki terrorçudan biri öz üzərinə bağladığı partlayıcı ilə birgə partlayış törədib və o, zərərsizləşdirilib. Başqa terrorçunun isə axtarışı davam edir. Hadisə yerinə çox sayda əmniyyət, sağlamlıq, iztirari hallar və hüquq-mühafizə işçiləri çağrılıb. Vali partlayışda ölənlərin olmadığını bildirib. Yaralananlar barədə hələlik məlumat verilmir