Site icon Aznews TV

Türkiyənin hərbi nümayəndə heyəti Azərbaycanda

Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq nümayəndə heyəti HHQ-nin hərbi hissələrini ziyarət edib.

Qonaqlara hərbi hissələrin yaranma tarixi və fəaliyyəti, birinci Qarabağ və Vətən müharibəsində keçdiyi döyüş yolları barədə ətraflı brifinq təqdim olunub.

Sonra türkiyəli nümayəndə heyətinə hərbi hissələrin silahlanmasında olan döyüş texnikası və aviasiya-uçuş vasitələri haqqında geniş məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib. (modern)

Exit mobile version