Site icon Aznews TV

Türkiyənin təyyarə istehsalında yeni planları açıqlandı

O bildirib ki, 2023-cü il martın 18-nə kimi “Hürjet” və “Atak-2” hərbi təyyarələrinin səmaya qaldırılması planlaşdırılır.

Milli döyüş təyyarələri üçün yerli mühərrikin istehsal olunmasının ən əsas hədəf olduğuna və bunun üçün geniş imkanların mövcudluğuna diqqəti çəkən T.Kotil əminliklə bildirib ki, gələcək on ildə mühərrik istehsalı sahəsində sıçrayışlı inkişaf olacaq.

Bu arada isə Türk Aerokosmik Sənayesi (TUSAŞ) 28-31 mart tarixlərində Malayziyada keçiriləcək 17-ci Müdafiə Xidməti Asiya (DSA) Sərgisində iştirak edəcək.  Sərgidə “Hürjet” və “Anka” kimi son seriya “hava şahinləri” sərgilənəcək.

Keçən il Malayziyada ofis açan TUSAŞ, bu ölkə ilə müdafiə sənayesi və aviasiya sahəsində yeni ortaq layihələr üçün səylərini artırmağı hədəfləyir.

Sərgiyə qatılacaq nümayəndə heyətləri ilə şirkət, pilotsuz uçuş aparatları, reaktiv təlimçilər, orijinal helikopter inkişafı, struktur imkanlar və aviasiya sənayesinin inkişafına töhfə verəcək modernləşdirmə proqramları kimi bir çox sahədə potensial ortaq tədqiqatlar aparmağı qarşısına məqsəd qoyub.

Exit mobile version