İranMədəniyyət

Türkmən musiqisinin tanınmış siması dünyasını dəyişdi

Dərgəz mahalı türkmənlərinin tanınmış siması və Xorasan “Bəxşilər” musiqi üslubunun mahir ifaçısı Ay Məhəmməd Yusifi 96 yaşında vəfat edib.

Aznews.tv xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.

Mərhum Qulu Bəxş Yeganənin şagirdlərindən, həmçinin, “Tamdir” musiqi alətinin mahir ifaçılarından, Türkmən məqami musiqisinin dərin bilicilərindən biri olub.

O vəsiyyət edib ki, öləndə doğulduğu kənddə basdırılsın. Mərhum sazını da özü ilə götürüb.

Yusifinin doğum haqqında şəhadətnaməsində təvəllüdü 1302 (1923) qeyd olunsa da, sənəd verilən vaxtda 10 yaşı olduğunu bildirirdi. Beləliklə mərhum 96 il yaşayıb.

Qeyd edək ki, “Türkmən məqamı musiqisi” Türkmənistan, İran və Əfqanısan ərazisində yaşayan türkmənlər arasında ifa olunur. Bu məqamın dörd əsas dəsgahı var: Təşnid, Qoroqlər, Müxəmməs, və Nəvai. Türkmən elinin əsas musiqi aləti qopuz ailəsinə aid olan “Tamdir” alətidir ki, “dotar” alətinin kiçik formasıdır və simləri ipəkdəndir.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button