Site icon Aznews TV

Türkmən sosial media fəalı yenidən həbs edilib

Təhlükəsizlik məmurları türkmən fəalı iyunun 6-da həbs edərək naməlum yerə aparıblar.

Rza Bəbrnejad bundan əvvəl may ayının 20-də İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı paylaşımına görə saxlanılmış, bir neçə gün dindirildikdən sonra iyunun 1-də girov qarşılığında sərbəst buraxılmışdı.
Qeyd edək ki, Rza Bəbrnejadın qardaşı Mehdi Bəbrnejad 2022-ci ilin sentyabr ayında başlayan etiraz aksiyaları zamanı polislər tərəfindən güllələnərək öldürülüb.

Onun özü isə dinc fəaliyyətlərinə görə bir neçə dəfə təqib və təzyiqlərə məruz qalıb.

Exit mobile version